Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Deputatla təhsil eksperti arasında QALMAQAL: “Xislətində problem var”

Deputatla təhsil eksperti arasında QALMAQAL: “Xislətində problem var”

Deputat Elman Nəsirov təhsil eksperti Etibar Əliyevin onun haqqında səsləndirdiyi fikirlərə etiraz edib.

E.Nəsirov Modern.az-a açıqlamasında deyib ki, həmin insanların xislətində problem var.

“Onları paxıllıq hissi heç cür tərk edə bilmir. Məsələ ondadır ki, mən sussam, vətəndaş kimi mövqeyimi ortaya qoymasam, deputat kimi hadisələrə reaksiyam olmasa da məni tənqid edəcəklər ki, deputat kimi yararsızdır”-deyə E.Nəsirov qeyd edib.

Deputat bildirib ki, o, vətəndaş mövqeyi olan insandır:

“Baş verən hadisələr, ölkə prezidentinin yeritdiyi daxili və xarici siyasətlə bağlı öz mövqeyimi ortaya qoyur, təbliğat işləri ilə məşğul oluram. Eyni zamanda Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edirəm və həmin partiyanın beynəlxalq əlaqələr üzrə komissiyasının katibiyəm.  Yəni mən hakim partiyanı parlamentdə təmsil edən insanlardan biriyəm. İxtisasım beynəlxalq münasibətlərdir, siyasi elmlər doktoruyam. 

Üstəlik  Bakı Dövlət Universitetində Amerika və Avropa ölkələrinin yeni müasir  tarixi və xarici siyasəti üzrə ixtisaslaşmışam, Azərbaycan Dillər Universitetində iki il ingilis dili kurslarında oxumuşam. Yəni mən bütünlüklə xarici siyasət və beynəlxalq məsələlərə ixtisasca bağlı adamam.  Belə olan vəziyyətdə dövlət başçısının yeritdiyi həm daxili, həm də xarici siyasətin ayrı-ayrı məqamlarının izah edilməsi, geniş ictimaiyyətə çatdırılması  sahəsində  fəalam.  Kimlər ki, Azərbaycanın qazandığı uğurlara kölgə salmaq, ləkələmək istəyirsə həmin məsələlərdə də heç zaman biganə olmamışam.  Yadımdadır, ölkənin birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva müsahibələrinin birində belə bir fikir söyləyib “ İnsanlarda ən sevmədiyim xüsusiyyət biganəlik və layeqdlikdir”

Ulu öndər də həmişə söyləyirdi ki, mövqeyiniz olsun.  Mən də hər zaman mövqeyi olan insanlar sırasındayam. Təbii, bu kimlərəsə xoş gəlməyə bilər”. 

Elman Nəsirov tez-tez efirlərdə, mətbuat səhifələrində görünməsi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib:

“Müsahibə vermək üçün mənə zəng edirlər, mən zəng etmirəm ki! Əgər mənim şərhim qeyri-elmi, qərəzli, qeyri-dəqiq olsa heç bir televiziya məni qonaq qismində dəvət etməz. Dəvət edirlərsə demək ki, mənim çıxış və mövqeyim mətbuatı qane edir. Artıq kimi dəvət etmirlərsə, söz vermirlərsə,  bu,  onun öz günahıdır”.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev sosial şəbəkədəki hesabında belə yazıb:

“Facebook dostum Ramil Sadıqlı yazır: “Ağadadaş Ağayev kimi bir yaltaq və məddah muğəni Cəlilabaddan olduğu uçun vallah, xəcalət çəkirəm. Elə bilirəm o ermənistanlıdır”. Açığı mənim ən çox nifrət etdiyim kabus regionçuluqdur. Ancaq Ramil bəyə bir sual vermək məcburiyyətində qaldım: “Bəlkə cəlilabadlı politoloq Elman Nəsirovdan da şübhələnəsən?”. Əzizim Ramil bəy! Yadında saxla, o işlə məşğul olanın regionu olmur”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …