Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputatla jurnalist arasında qalmaqal

Deputatla jurnalist arasında qalmaqal

Millət vəkili Fazil Mustafa ilə köşə yazarı Zamin Hacı arasında qalmaqal yaşanıb.

Azinforum.az xəbər verir ki, qalmaqalın yaranmasına səbəb millət vəkilinin jurnalistləri “Hacı”, “Məşədi”, “Kərbəlayi” kimi titullardan istifadə etməməyə, bu qondarma dini titulları leqallaşdırmaqdan çəkinməyə çağırması olub. Onun bu müraciəti köşə yazarının narazılığına səbəb olub.

Zamin Hacı mətbuata açıqlamasında bildirib ki, kiminsə özünü millət vəkili adlandırması da yanlışdır: “Azərbaycan qanunvericiliyində millət vəkili anlayışı yoxdur. Bunu Türkiyədən götürüblər. Qanunvericiliyimizdə deputat sözü var. Xahiş edirəm ki, Fazil Mustafa kimi şəxslərə elə deputat deyək. Onların millətlə heç bir bağlılığı yoxdur”.

F.Mustafa isə köşə yazarının çıxışına sərt reaksiya verib: “Bu axmağın xahişinə baxın. Yazır ki, “Fazil Mustafa kimi şəxslərə millət vəkili yox, elə deputat deyək”. Əlbəttə, Konstitusiyaya görə millət vəkili yox, deputat deyilməlidir”.

Deputat Hacı Zaminin “Onların millətlə heç bir bağlılığı yoxdur” ittihamını da cavabsız buraxmayıb: “Vallah deyəsən harada dinindən, soyundan, nəsil-nəcabətindən bixəbər varsa, bunun heyfini birinci məndən çıxmağa başlayır. Narahat ola bilərsiniz, sizin kimi zatı-qırıqları enində-sonunda bu millətə biət etdirəcəyəm”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın