Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Deputatın sahibi olduğu istirahət mərkəzində işçinin meyiti tapıldı

Deputatın sahibi olduğu istirahət mərkəzində işçinin meyiti tapıldı

İyulun 9-u axşam saatlarında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində ofisiant işləyən 40 yaşlı Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb

Yerli KİV-lərin yaydığı xəbərə görə, mərhumun yaxınları Sücayevin cəsədinin sözügedən istirahət mərkəzinin qonaqları tərəfindən tapıldığını söyləyiblər. Onların sözlərinə görə, Sücayevin guya stuldan5 metr hündürlükdən yıxıldığı iddia edilib.

Məhumun qohumları bununla razılaşmır, kişinin ölümünün qəza nəticəsində baş vermədiyinə düşünürlər. “Biz cəsədə baxdıq, o keçinmişdi, onun dərhal ölmədiyi görünrüdü. Onun kənar yerdə öldürüldüyünü güman edirik”, – mərhumun yaxınları bildirir.

Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib.

Anar Sücayev Lənkəran rayonunun Yuxarı Tanğivan kəndində yaşayıb. Yaxınlarının dediyinə görə, kişinin meyiti müayinə üçün Lənkərana göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yerli mətbuata açıqlamasında Sücayevin meyitinin çay kənarında aşkarlandığını bildirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mediada “Relax” istirahət mərkəzinin millət vəkili İqbal Məmmədova məxsus olması barədə məlumatlar yayılıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …