Ana səhifə / Cəmiyyət / Deputatdan Türkiyə filmlərinin tərcüməsinə ETİRAZ

Deputatdan Türkiyə filmlərinin tərcüməsinə ETİRAZ

“Biz ortaq media platforması yaratmaq istəyiriksə, orada ortaq dil olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırkı yeni reallıqda buna diqqət edilməlidir: “Bu dil süni şəkildə formalaşdırıla bilməz. Ortaq platforma yaradılır, amma bizim televiziyalar türk filmlərini tərcümə edərək yayımlayır. Medianın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Yeni konsepsiya ilə bağlı nizamnamədə əksini tapan məsələlər öz həllini tapmalıdır”. APA

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …