Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Deputatdan Cahangir Əsgərova SƏRT FİKİRLƏR: “Ona gücümüz çatmır, pulu var“

Deputatdan Cahangir Əsgərova SƏRT FİKİRLƏR: “Ona gücümüz çatmır, pulu var“

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda iddia olunur ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir. 

News24 xəbər verir ki, deputat Aqil Abbas AZAL-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb:

“AZAL monopoliyadır. Cahangir Əsgərov sanki özəl şirkət yaradıb. Dövlətdən dotasiya alıb istədiyini edir. Bunu tək mən yox, dövlət də görür. Buradan Tiflisə 1000 manata bilet olar? 600 km yoldur. Bu qiymətləri kim qoyur?!

AZAL-ın prezidenti Azərbaycan prezidentini qəbul etmir, özü özünün prezidentidir. Bir ölkədə neçə prezident olar? Ölkənin bir prezidenti var, o da Cənab Prezident İlham Əliyev. Qalanları sədr, şef və ya müdir olmalıdır. 

Onu həmişə tənqid etmişəm. Amma gücümüz çatmır. AZAL-ın prezidentidir. Pulu, qüdrəti var, bizdən güclüdür”. 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …