Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Deputat radar cərimələrinin ləğvini təklif etdi

Deputat radar cərimələrinin ləğvini təklif etdi

“Radarlarla bağlı cərimələr ləğv edilməlidir”.

Belə bir təkliflə Milli Məclisin deputatı Tahir Kərimli çıxış edib. Deputat bildirib ki, qanunvericilikdəki bu cəzalar artıq əhəmiyyətini itirib:
“Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın”.

T.Kərimli bununla yanaşı qeyd edib ki, digər məsələlərlə bağlı cəzalar sərtləşdirilməlidir: “Siqnallara, dayan-durma qaydalarının pozulmasına, piyadaların yolda telefonla danışmasına görə cəzalar sərtləşdirilməlidir. Piyada bir dəfə 50 manat cərimə edilərsə, daha qaydanı pozmaz. Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir. Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq lazımdır, cəzalar sərtləşdirilməlidir. Yaşayış binaların yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər”. (Azvision.az)

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …