Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputat: “Prezident İlham Əliyev Sülh üzrə Nobel mükafatı almaq üçün bütün kriteriyalara uyğun gəlir”

Deputat: “Prezident İlham Əliyev Sülh üzrə Nobel mükafatı almaq üçün bütün kriteriyalara uyğun gəlir”

“Azərbaycan Prezidenti İlham Əliyev Sülh üzrə Nobel mükafatı almaq üçün bütün kriteriyalara uyğun gəlir. Nəzərə almaq lazımdır ki, o, qalib xalqın Prezidenti, rəşadətli Azərbaycan Ordusunun qüdrətli sərkərdəsidir. Ordumuzun 44 günlük Vətən müharibəsini az itki ilə başa vurması, regionda uzun illər davam edən təhlükəni aradan qaldırması, o cümlədən sülhün və təhlükəsizliyin təminatı istiqamətində bir sıra işlərin görülməsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlıdır. Dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran Prezident İlham Əliyev, doğrudan da, Nobel Sülh Mükafatına layiqdir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Parlament üzvü bildirib ki, otuz il ərzində işğal altında olan torpaqları azad etmək hər dövlət başçısına nəsib olmur: “Etiraf etmək və nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun  müharibə taktikaları indi böyük dövlətlərin hərb məktəblərində öyrənilir, tətbiqi araşdırılır. Həmçinin Azərbaycanın dünyadakı nüfuzu gündən-günə artır və beynəlxalq ictimaiyyət ölkəmizi, Prezidentimizi dəstəkləyir. Vətən müharibəsində qazanılan Zəfər və post-müharibə dövründə aparılan quruculuq işləri Azərbaycan həqiqətlərini dünyaya bir daha çatdırır və diqqət etsək görərik ki, ötən 30 il və müharibə dövründə bizə qarşı qərəzli olan dövlətlərin mövqeyi, absurd bəyanatları indi artıq yoxdur və ya azalıb. Yəni, Azərbaycanın haqq işini dəstəkləyənlərin sayı artır. Bütün dünyaya sübut olunub ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan Prezidenti regionda davamlı və dayanıqlı sülhü bərqərar etmək üçün Ermənistana belə əməkdaşlıq təklif edir. Bunlar Prezident İlham Əliyevin sülh üzrə Nobel mükafatına layiq olduğunu şərtləndirən amillərdir”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …