Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / DEPUTAT: Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq

DEPUTAT: Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq

“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır.

Bu fikri millət vəkili Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır:

“Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu, sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Yəni nəticə etibarilə təhlükəsizlik əvəzinə, təhlükəli vəziyyət yaradırıq. Ona görə də yaxşı olardı ki, bu sahədə yeni qanunlar, yeni dəyişikliklər təhlükəsizliyə xidmət etsin”.

Qeyd edək ki, sözügedən qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarixi və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. oxu.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …