Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Deputat erməni tərəfə keçmək istəyən qəbələliləri təhqir etdi – “Nə qədər şərəfsiz olmalısan…”

Deputat erməni tərəfə keçmək istəyən qəbələliləri təhqir etdi – “Nə qədər şərəfsiz olmalısan…”

“Nə qədər şərəfsiz olmalısan, alçalmalısan ki, düşməndən imdad diləyəsən?!”
Azinforum.az xəbər verir ki, bu sözləri deputat Elman Məmmədov Ağdama gələrək, Ermənistanın işğalı altındakı bölgəyə keçmək istəyən Qəbələ sakinləri haqda deyib.
Qarabağdan olan, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov  qeyd edib ki, əgər vətəndaş ölkəsində hər hansı sıxıntı, çətinlik, haqsızlığa görə düşmən tərəfə keçmək istəyirsə, o cür adamları Azərbaycanda saxlamağa ehtiyac yoxdur.
“Belədirsə, onlar lap elə Ermənistana da keçsin, oradan da o biri tərəfə… Bütün cəmiyyətlərdə, bütün ölkələrdə vətəndaşa qarşı hansısa hadisələr olur. Hər şey müsbət istiqamətdə cərəyan etmir ki… Həyatda çətinliklər, uğursuzluqlar da var. Yerli məmurların, bəzi vəzifə daşıyanların vətəndaşlara qarşı yarıtmaz mövqeyi var. Cənab Prezidentin milyon dəfələrlə buna qarşı çıxmasına baxmayaraq, hələ də yerlərdə irili-xırdalı belə vəzifə daşıyanlarımız var.
Onların qonşuları, bələdiyyə sədrləri, icra nümayəndələri və başqaları ilə münasibətdə anormallıq, çətinlik ola bilər. Lakin vətəndaşın buna görə doğulduğu ölkədən gedib, düşmən dövlətin ərazisində yaşamağa üstünlük verməsi kimi ləyaqətsiz hərəkət fikirləşmirəm”.
E.Məmmədov qeyd edib ki, vətəndaş çətinlik qarşısında acizlik etməməlidir.
“Sən öz hüquqlarını müdafiə etmək üçün dövlət rəhbərinə, hüquq-mühafizə orqanlarına, səni incidən məmurdan daha yüksəkdə olan vəzifəli şəxsə müraciət et. Ən son həddə qədər get, mübariz ol, mübarizə apar.
Yoxsa hansısa vəzifəli adamın və ya bələdiyyə sədri, icra nümayəndəsinin sənə qarşı haqsızlığına görə, durub düşmən ölkəyə yaşamağa getmək başadüşülən deyil. Onda vətəndaşlığın, torpağa bağlılığın nə yerdə qaldı? Sən indidən mövqeyini bildirirsən. Mən hətta bu məsələdə təxribat elementləri də görürəm. Ermənistan mediası bu məsələni trendə çevirib.
Normal fikirləşən adam, vətəndaş buna nifrət etməli və qarşı çıxmalıdır. O qədər alçalmısan ki, düşməndən imdad diləyirsən?!”

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın