Ana səhifə / Cəmiyyət / Deputat: “Deyirlər ki, Babək özü də namaz qılırmış…”

Deputat: “Deyirlər ki, Babək özü də namaz qılırmış…”

“Azərbaycanda İslam dini VII əsrdə yaranıb, Babək Xürrəmi isə VIII, IX əsrdə yaşayıb. Yəni 2 əsrdən çox vaxt keçib. İddia etmək olmaz ki, Babək müsəlmanlara qarşı vuruşub. Ermənistan hərbi cani hesab edilən Qaragin Njdenin heykəlini qoyur, amma biz özümüzünkünü qəhrəman hesab etmirik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda Babəkin qəhrəman olduğunu deyənlər də, bunun əksini iddia edənlər də var: “Xüsusilə partiya sədri Sərdar Cəlaloğlu və deputat Fazil Mustafanın bu məsələ ilə bağlı müxtəlif açıqlamaları olub. Hesab edirəm ki, Babəki İslama qarşı vuruşmaqda günahlandırmaq olmaz. Belə demək mümkünsə, o, zülmə və ədalətsizliyə qarşı mübarizə aparıb. Hətta heç bir fakta söykənməsə də, deyirlər ki, Babək özü də namaz qılırmış”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …