Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Deputat: “Demirik ki, qadın əlinə nəsə alıb kişini döysün…”

Deputat: “Demirik ki, qadın əlinə nəsə alıb kişini döysün…”

“Azərbaycanda hərdən səhvən dünyaya inteqrasiya adı ilə Avropa dəyərləri gətirilib cəmiyyətimizə şamil edilir. Bizim özümüzün dədə-babadan gələn adət-ənənəmiz var. Cənab prezident onları göstərdi ki, bizdə ağsaqqala, ağbirçəyə, böyüyə hörmət adətləri var və bu, başqa millətlərdə yoxdur”.

Bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı BBC-yə deyib.

Onun sözlərinə görə, Azərbaycanda şübhəsiz ki, qadın kişi bərabərliyi var, amma Azərbaycan modelidir: “Milli mentalitet və adətlər qorunmalıdır və prezidentin çıxışı da bunu nəzərdə tutur. Biz bu bərabərlikdən danışırıq, daha demirik ki, qadın əlinə nəsə alıb kişini döysün və desin ki, mənim də hüquqlarım kişiylə bərabərdir. Başqa millətlərdə kişi qadın, qadın kişi ola bilir, bizdə belə şeylər yoxdur. İlham Əliyevin fikirlərində ziddiyyət yoxdur. Biz dünyaya inteqrasiya olmalıyıq, amma öz dəyərlərimizi itirmədən inteqrasiya olunmalıyıq”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …