Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Deputat Cavanşir Feyziyev “Avromed”dəki səhmlərini satdı

Deputat Cavanşir Feyziyev “Avromed”dəki səhmlərini satdı

Milli Məclisin deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev əsas gəlir mənbəyini itirib.

BakiPost.az xəbər verir ki, deputat rəhbərlik etdiyi “Avromed Company QSC”dəki səhmlərini satışa çıxarıb.

Güman edilir ki, dərman bazarındakı son dəyişikliklər onun bu sahədəki biznesinə çox ağır zərbə vurduğundan fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə “Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın