Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Deputat Afaq Aslana “tərbiyəsiz” dedi

Deputat Afaq Aslana “tərbiyəsiz” dedi

Müğənni Afaq Aslanın Milli Məclisin deputatları haqqında qalmaqallı açıqlaması millət vəkili Tahir Süleymanov tərəfindən sərt reaksiya ilə qarşılanıb. 

Deputat T.Süleymanov BUTA.WS-a açıqlamasında Afaq Aslanı “tərbiyəsiz” adlandırıb.

Millət vəkili bildirib ki, bu cür insanların hərəkətlərinə cavab vermək lazım deyil:

“Bu cür adamlar tərbiyəsiz insanlardır. Məgər deputat soyunub seçilir? Deputatı xalq seçir. Afaq Aslan həm də xalqın seçiminə hörmətsizlik edir. Belə adamlara daha nə deyəsən? Mən deputatlığı bir kənara qoyuram. Ən azından bu cür fikirlər xalqın seçiminə böyük hörmətsizlikdir. Mən bu cür tərbiyəsizə nə cavab verim? O, bu cür fikirləri ilə Azərbaycan vətəndaşlarını təhqir edir”.

Xatırladaq ki, müğənni Afaq Aslan Yenicag.az-ın redaksiyasında qonaq olan zaman qalmaqallı açıqlamalar verib. Müğənni bildirib ki, onu soyundura-soyundura deputat edəcəklər.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …