Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Danışığım qalmaqal yaratdı” – Misir Mərdanov

“Danışığım qalmaqal yaratdı” – Misir Mərdanov

“Mən daha Təhsil Nazirliyi yanında İctimai Şura haqqında danışmaq istəmirəm”.

Bu sözləri sabiq təhsil naziri Misir Mərdanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şura haqqında bundan öncəki açıqlaması qalmaqal yaradıb:

“Elə sizə müsahibə verdim və danışığım qalmaqal yaratdı. Ona görə daha bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, bu gün saat 11:00-da Təhsil Nazirliyi yanında İctimai Şuranın sədrliyinə seçkilər keçirilib.  Bəzi məlumatlara görə, İctimai Şuranın üzvləri arasında sədrlik postu uğrunda ciddi mübarizə gedib.

Günel Səfərova İctimai Şuranın yeni sədri seçilib.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …