Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Daha bir MTK qalmaqalı, yenə dələduzluq…

Daha bir MTK qalmaqalı, yenə dələduzluq…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini İman Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri başqa şəxsə satması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb.

Belə ki, Xətai rayonu, M.Hadi küçəsi, 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanıb. İ.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (cəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın