Ana səhifə / Cəmiyyət / Daha bir icra başçısından harınlamış mövqe… – “Kimə lazımdı nə qədər xərcləyirik? Yazanı daşqalaq edin…”

Daha bir icra başçısından harınlamış mövqe… – “Kimə lazımdı nə qədər xərcləyirik? Yazanı daşqalaq edin…”

Ağcabədi rayonunda baş verən məmur özbaşnalığı, insanlara yaradılan süni əngəllər və dövlət tərəfindən rayonun sosial-iqtisadı inkişafı üçün ayrılmış milyonların mənimsənildiyini sübut edəcək onlarla, vətəndaş müraciətlərini cumhuriyyət. az olaraq dərc etmişik. Ağcabədidə ictimai fəalların təqib olunduğu göz qabağındadır. Rayonda hamı təqib kompaniyasının başında icra başçısı Şahin Məmmədovun dayandığını qeyd edir. Ağcabədi rayonundan mötəbər dövlət qurumunun cumhuriyyət. az üçün göndərdiyi səs yazısı icra başçısı Şahin Məmmədov haqqında bəzi gizlinlərin üzərinə işıq salmış oldu.
09 mart 2016 cı ildə icra başçısı, Ağcabədi rayonunun Şənlik kəndinə əhali ilə görüşməyə getmiş və görüşdə bir sıra məsələlərə toxunmuşdur. Bu görüşdən cumhuriyyet.az-a göndərilən səs yazısında Şahin Məmmədov kənd əhalisinə deyir ki, onlara içməli su və təmir olunmuş yol lazımdır: “İcra başçısı bildirib ki, kimin nəyinə lazımdır ki, hansısa işə nə qədər pul ayrıldığını öyrənməyə cəhd etsin. Bu pullar kiminsə dədəsinin deyil ki, narahat olsunlar. Əgər mən bu pullara tamah salmıramsa, siz niyə tamah salırsınız? Ən maraqlısı isə bu olub ki, Şahin Məmmədov əhaliyə deyib ki, bura gəlib işləmək istəyən təşkilatlar yazı-pozudan qorxur. Əgər bir də bu kənddən kimsə, hansısa şikayət dolu yazını yazıb mətbuata ötürsə onu əhali yığışaraq daş qalaq etsinlər”.
İcra başçısının bu fikrindən belə anlamaq olur ki, rayonda müxalif fikirliliyinə görə həbs olunan şəxslərin sifarişini onun özü verir. Buna misal olaraq jurnalist İlqar Afşarı, Eldar Əhmədovu göstərmək olar. Hörmətli başçı bilməlidir ki, ölkə ərazisində istənilən işə ictimai nəzarəti həyata keçirmək üçün prezident İlham Əliyev cənabları xalqa çağırış edib. Cənab prezident eyni zamanda xalqa çağırış edərək rüşvətə korrupsiyaya qarşı aparılan kompaniyada əhalini fəal olmağa çağırıb. Yəqin bütün bu kimi işlər icra başçısı Şahin Məmmədovun planlarını alt-üst edir. Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyadan: Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Səs yazısını təqdim edirik.

 

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın