Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Daha bir icra başçısı şəhid ailəsinə baş çəkdi – Foto

Daha bir icra başçısı şəhid ailəsinə baş çəkdi – Foto

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edib və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə onları təbrik edib.

İcra başçısı bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib. Teleqraf.com  

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …