Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Daha bir direktorun səs yazısı yayıldı – Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb

Daha bir direktorun səs yazısı yayıldı – Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb

N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında “Yenicag.az”a şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.
Azadmedia.az xəbər verir ki, şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:

https://ok.ru/video/3708011219677

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …