Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Daha bir deputatdan yol polisinə etiraz: “Sürücünü güdməməlidir ki, qaydanı pozsun, o da…”

Daha bir deputatdan yol polisinə etiraz: “Sürücünü güdməməlidir ki, qaydanı pozsun, o da…”

“Yol polislərinin iş şəraitinin daha fərqli olduğunu, fəaliyyət dairələrinin daha çətin olduğunu bilirik, hər cür hava şəraitində işləmələrini başa düşürəm, amma onların arasında fəaliyyət istiqamətindən kənar qərar verənlər olur. Bütün yol polislərinə aid etmirəm, amma içərilərində lazımsız yerə sürücünü saxlayan, radara düşdüyünü iddia edənlər var”.

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev yol polislərinin fəaliyyəti barədə danışarkən deyib.

O, yol polislərinin fəaliyyətindəki neqativ hallara toxunub: “Yol polisinin vəzifəsi yolu tənzimləməkdir. Daha fərqli desək, yol polisi yollarda sürücülərin qaydaları pozmasının qarşısını almalıdır. Yəni yol polisi sürücünü güdməməlidir ki, qaydanı pozsun, o da sürücünü cərimələsin. Yol polislərinin yaxşı addımlarının da şahidi olmuşuq, lakin düşünürəm ki, bütün yol polisləri vətəndaşlarla münasibətdə daha inci, həssas davranmalıdırlar. Yol polislərinin işlərində hər şey qanuna uyğun həyata keçirilməlidir.

Daxili İşlər naziri Vilayət Eyvazovun bu posta təyinatından sonra xeyli dəyişikliklər oldu, amma yol polisinin işi ilə bağlı narazılıqlar var. Digər tərəfdən baxsaq, yol polisinin sahəsi elədir ki, orda tam razılığın olması mümkün deyil. Cərimələnən şəxslər haqlı-haqsız fərq etmədən, çox zaman narazı olurlar. Buna görə də, yol polisləri maksimum həssas davranmalıdırlar”.

Deputat bildirir ki, vətəndaşların yol polisi ilə bağlı şikayətlər zamanı sistemi hədəf almalarının yanlış olduğunu qeyd edib: “Bu məsələdə vətəndaşların da üzərinə iş düşür. Qaydaları daha yaxşı bilsinlər və bundan istifadə etsinlər. Narazı olduqları məqamlar, hadisələrlə bağlı həmin məsələdə iştirak edən konkret şəxsi hədəf alsınlar, onunla bağlı şikayət yazsınlar. Vətəndaşların bütün sistemi hədəfə almaqlarının tərəfdarı deyiləm”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …