Ana səhifə / Cəmiyyət / Dağlıq Qarabağa sülhməramlıların gətirilməsinə xalq nə deyir? – VİDEOSORĞU

Dağlıq Qarabağa sülhməramlıların gətirilməsinə xalq nə deyir? – VİDEOSORĞU

Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi uzun müddətdir ki, həm münaqişə tərəfləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında müzakirə olunur. Lakin bu qüvvələrin münaqişə ərazisinə hansı şərtlər altında gətirilməsi, sülhməramlı qoşunlara məhz hansı ölkələrin hərbi qüvvələrinin daxil olması məsələsində konkret razılaşma əldə edilməyib. Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş “centlmen razılığının” şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində nə danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin, nə də qonşu ölkələrin sülhməramlıları olmalıdır.

Azərbaycanın dövlət rəsmiləri isə hesab edir ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız 7 rayon azad edildikdən sonra mümkün ola bilər.

Bəs vətəndaşlar,  Dağlıq Qarabağa sülhməramlı qüvvələrin gətirilməsi fikrini doğru hesab edirlərmi? Əhali hansı ölkələrin sülhməramlılarının işağl olunmuş torpaqlarımıza gtirilməsini ölkəmizin maraqları baxımından daha məqsədəuyğun sayır?

Musavat.com bu suallarla paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …