Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Dənizdə iş dayandırıldı, 500 işçi sahilə çıxarıldı

Dənizdə iş dayandırıldı, 500 işçi sahilə çıxarıldı

Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Azinforum.az SOCAR-a istinadla xəbər verir ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub: “Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dənizdə hazırda dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …