Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Dəfələrlə demişəm, reaksiya verən yoxdur” – Qurban Yetirmişli

“Dəfələrlə demişəm, reaksiya verən yoxdur” – Qurban Yetirmişli

2019-cu ilə qədər aparılan inşaat işlərində şirkətlər bizə müraciət edirdilər. Ancaq, 2019-cu ildən bu yana müraciətlər yoxdur”.
Bu barədə mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, 9 ballıq zəlzələ zonasında tikinti apararkən normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır:
“Əməkdaşlarımız əvvəllər tikinti gedən yerin seysmik hesabatını təqdim edirdi. Ancaq, indi müraciət yoxdur, dayandırılıb. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …