Ana səhifə / Cəmiyyət / COVİD cərimələri: Azərbaycan niyə Gürcüstan kimi etmir? – Deputat

COVİD cərimələri: Azərbaycan niyə Gürcüstan kimi etmir? – Deputat

“Hələlik Azərbaycanda koronavirus cərimələrini silməyə getmək olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Gürcüstan parlamenti tərəfindən koronavirus cərimələrinin silinməsi fonunda, anoloji addımın Azərbaycanda da atılmamasına münasibət bildirərkən deyib:

 “İndilikdə koronavirus pandemiyası davam edir. Belədə insanlardan daha məsuliyyətli olmaq tələb olunur. Koronavirus qadağalarını pozmağa görə təyin olunan cərimələrin silinməsilə bağlı qərar qəbul etsək, insanlarda məsuliyyətsizlik hissi yarana bilər. Bu səbəbdən pandemiyanın sonunu gözləməli və dövlətin qanunlarına əməl etməliyik. Cərimələrin ləğvi barədə qərarı isə pandemiya başa çatandan sonra vermək olar. Bu gün yox”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …