Ana səhifə / Cəmiyyət / “Çıxılmaz vəziyyətdən iki çıxış yolu var” – Əflatun Amaşov 250 jurnalistə bu il ev veriləcəyini deyir

“Çıxılmaz vəziyyətdən iki çıxış yolu var” – Əflatun Amaşov 250 jurnalistə bu il ev veriləcəyini deyir

“2016-cı ildə də media sahəsində həyata keçirilən dövlət siyasəti davamlı olacaq. Bu il biz jurnalistlər üçün inşa edilməkdə olan binanın sakinlərinin ixtiyarına verilməsini gözləyirik. Güman edirəm ki, mövcud sahədə hər hansı problem ola bilməz. 250-dən artıq jurnalistin 2017-ci ili öz mənzilində qarşılayacağına inanırıq”.

Azinforum.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, eyni zamanda bildirib ki,  2016-cı il mətbuat üçün də asan il olmayacaq:

“İqtisadi müstəvidə baş verən proseslərin, manatın devalvasiyasından yaranan vəziyyətin jurnalistlərimizin də həyatına təsirsiz ötüşməyəcəyi aydındır. Məlum olduğu kimi, qəzet kağızı və çap xərcləri xeyli artıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı ilə yanaşı, hazır çap məhsullarının üzərinə də 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılıb. Bu məsələlərlə bağlı parlamentdə çıxış etmişəm. Şuranın İdarə Heyətinin sonuncu iclasında da yaranmış problem barədə diskussiyalar getdi. Mətbuat Şurası olaraq hesab edirik ki, problemə dövlət səviyyəsində münasibət bildirilməlidir. İnanırıq ki, belə də olacaq.

Yəhudilərin bir sözü də var ki, hər çıxılmaz vəziyyətdən iki çıxış yolu var. Düşünürəm ki, cəmiyyətimiz və onun tərkib hissəsi olan mediamız yaranmış xoşagəlməz durumdan çıxa biləcək”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın