Ana səhifə / Cəmiyyət / Cinayət işi açılan direktor barədə kampaniya başladıldı – Hamıya ərizə yazdırılır

Cinayət işi açılan direktor barədə kampaniya başladıldı – Hamıya ərizə yazdırılır

Xəbər verdiyimiz kimi, “Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bakupost.az –ın məlumatına görə, hadisədən sonra Mərkəzin direktoru Səkinə Sadıxovaya dəstək kampaniyasına başlanılıb.
Belə ki, Mərkəzdəki işçilərə direktorun şəffaf işləməsi, əməkdaşların daim qayğısına qalması, peşəkarlığı ilə yanaşı xeyirxah rəhbər olması ilə bağlı ərizə yazmaq göstərişi verilib. Bununla iki maddə ilə cinayət işi açılmış direktorun xilas ediləcəyi barədə məlumat yayırlar.Xatırladaq ki, aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …