Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Cavid Qurbanovun fəaliyyətində nöqsanlar aşkarlandı – İş qaldırıldı – RƏSMİ

Cavid Qurbanovun fəaliyyətində nöqsanlar aşkarlandı – İş qaldırıldı – RƏSMİ

Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Blidirilib ki, dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.
Bu vəzifəyə 9 fevral 2015-ci ildə təyin olunub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …