Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Cavanşir Quliyevə nə olub? – “Həkimlər dedi ki…”

Cavanşir Quliyevə nə olub? – “Həkimlər dedi ki…”

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova ad gününü təmtəraqlı şəkildə qeyd edib. Gecəyə qatılanlar arasında diqqət çəkən nüanslardan biri də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin üzündə olan yara izləri olub.

Bəstəkar məsələ ilə bağlı axşam.az-ın suallarını cavablandıraraq bunun səhhəti ilə bağlı olduğunu vurğulayıb:

“Hər hansı qəza keçirməmişəm. Bir xəstəliyim var, bu da onun təzahürüdür”.

O, 19 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçməsinə də aydınlıq gətirib:

“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Geci-tezi gedənlər yenidən buraya dönmək istəyirlər. 20 il burada olmadım. Bu illər ərzindən bir çox əsər yazdım. Olduğum yerdə o əsərlərin ifa olunma imkanı yoxdur. Orada nə opera teatrı, nə simfonik orkestlar, nə də Musiqili Komediya teatrı var. Televiziya kanalları da musiqi verilişləri etmirlər, hazır lentlər tapıb verirlər. Ona görə də yaradıcıllıq baxımından orada durğunluq oldu. Bu, məndə olmadı, əsərlərim yığıldı, indi onları ifa etmək lazımdır. Bu da təbii ki, burada mümkün olacaq. Elə qayıtmağımın ən böyük səbəbi budur. Yeni işlər var.

İkinci səbəb isə müəyyən xəstəliklərim yarandı və artıq həkimlər də dedi ki, qohum-əqrabanın yanında yaşasan yaxşı olar”. 

C.Quliyev hazırda kimlərlə əməkdaşlıq edəcəyi və əsərlərini kimlərə həvalə edəcəyi ilə bağlı sualı isə belə cavablayıb:

“Hələ yeni gəlmişəm, çox adamı tanımıram. İnternetdə ara-sıra qarşıma çıxırlar. Amma onun əsasında nəsə qarar vermək düzgün deyil. Hələ araşdıracağam görüm nə var, nə yox. Hələlik Aygünlə davam edirik”.

Bəstəkar bu gün Azərbaycan şou-biznesində kimlərin fəaliyyətindən narazı olduğuna aydınlıq gətirib:

“Bunu cavablamayacağam. Onlar üzdədir, hamı da bilir, ad açıqlamağa anlamı yoxdur. Onların sənətdən əlavə işləri də məni maraqlandırmır. Heç vaxt da olmayıb, nə Aygünün, nə Brilliantın, nə Akifin. O, onların şəxsi işidir. Sənətlə bağlı bəzi şeylər var ki, görüşəndə özlərinə deyəcəyəm”.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …