Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Çanta ixtirasına” görə qınanan tələbə üsyan etdi: “Dəfələrlə dedik ki…” – VİDEO

“Çanta ixtirasına” görə qınanan tələbə üsyan etdi: “Dəfələrlə dedik ki…” – VİDEO

“Xəzər Xəbər”də tələbə Nihad Quliyevin onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edildiyi barədə məlumat vermişdik.

Bununla bağlı tələbə minval.info ilə əlaqə saxlayıb və açıqlama verib. Nihad Quliyev bildirib ki, onun özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib və bu səbəbdən tələbə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir. Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil” – tələbə bildirib.

Nihad Quliyevin vurğulayıb ki, o, heç kimi aldatmayıb, sadəcə, kiminsə səhlənkarlığı ücbatından məsələ bu yerə gəlib çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, tələbə çantanı ixtira kimi təqdim etməyib. Universitedən Nihad Quliyevin dediyi kimi əşyanın üzərində yalnız əlavələrin edildiyi söylənilib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …