Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Camaatın başına oyun açırsınız…” -Kərəm Həsənov əsəbləşdi (VİDEO)

“Camaatın başına oyun açırsınız…” -Kərəm Həsənov əsəbləşdi (VİDEO)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Göyçayda vətəndaşları qəbul edib.
 Azinforum.az xəbər verir ki, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub.
Bir çox vətəndaş onlara ayrılan torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub.
Vətandaşlardan biri qəbul zamanı o qədər dolaşıq bir məsələdən danışıb ki, kənddəki müəyyən qədər torpaq sahəsinin oxşar adlar arasında dəyişik düşdüyü ortaya çıxıb.
Məsələyə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da münasibəti özünü çox gözlətməyib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın