Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Calal Qurbanovun vəziyyəti necədir? – “Deyirlər, məni it dişləyib”

Calal Qurbanovun vəziyyəti necədir? – “Deyirlər, məni it dişləyib”

Nəğməkar şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb. 

Hazırda xəstəxanada olan C.Qurbanov hadisə ilə bağlı axşam.az-a açıqlama verib. Ötən gün reanimasiyaya yerləşdirilən şair bildirib ki, hazırda palataya köçürülüb:

“Deyirlər, məni it dişləyib. İtlər mənə yox, ata hücum etdi. Səhər saat 6-da övladlarımla at çapmağa çıxmışdım. Dəniz kənarında olan itlər ata hücum etdi, atdan yıxıldım. Ondan sonrasını xatırlamıram. Məni necə xəstəxanaya gətiriblər, reanimasiyaya yerləşdiriblər bilməmişəm. İndi özümə gəlmişəm, yaxşıyam. Palataya köçürülmüşəm”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …