Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Cahargah” otelinə necə lisenziya verilib?

“Cahargah” otelinə necə lisenziya verilib?

Təyinatı üzrə fəaliyyət göstərməyən obyektdə iyrənc işlər cərəyan etməkdədir

İcarədar Qadir adlı şəxs ölkənin mövcud qanunlarına qarşı hörmətsizlik edir

Dünyanın bir çox ölkəsində qlobal problemə çevrilməkdə olan insan alveri, xüsusən də qadın ticarəti Azərbaycanda da aktual məsələlərdən hesab olunur. Son illər ərzində paytaxtda və bölgələrdə istirahət mərkəzi, otel, sauna adı altında xeyli əxlaqsızlıq yuvası açılıb. Daxili İşlər Nazirliyinin (DİN) müvafiq idarələri tərəfindən insan alverinə qarşı mübarizə tədbirləri həyata keçirilsə də, qadın ticarətini himayə edənlər özbaşına əməllərindən əl çəkmirlər. Təəssüf hissi ilə bildirmək istəyirik ki, ötən dövr ərzində neçə-neçə Azərbaycan qadını istər ölkə daxilində, istərsə də xarici ölkələrdə cinsi istismara məruz qoyulub.

Hələlik bu problemi kökündən həll etmək mümkünləşmir. Çünki bəzi yüksək rütbəli şəxslərin himayədarlıq etdiyi pritonlar açıq şəkildə fəaliyyətini davam etdirir. Ötən saylarımızdan bir neçəsində Türkan-Hövsan yolunda yerləşən “Cahargah” otelində yaşanan neqativ hallar, yetkinlik yaşına çatmamış qızların başına gətirilən acı oyunlar haqda məlumat vermişdik. Təkrarçılıq olmasın deyə həmin məqamlara bir daha qayıtmaq istəmirik. Məlumatlı mənbələrdən əldə etdiyimiz bilgilərə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən otel tamamilə başqa təyinat üzrə işləyir: “Buranın sahibi həkimdir. Onu çoxları tanımır. Maddi durumu çox yaxşıdır və vaxtında bu ərazidə belə böyük otel tikdirib. Otelin hazırkı icarədarı isə Qadir adlı şəxsdir. Qadir bir neçə ay əvvəl “Cahargah”ı icarəyə götürüb. Deyilənə görə, obyektin aylıq kirayə haqqı 10 min manatdan yuxarıdır. Ən maraqlı məqam Qadir adlı şəxsin bu qədər icarə pulunu necə verməsi ilə bağlıdır. Yayılan söhbətlərdən aydın olur ki, otel aşkar şəkildə priton kimi fəaliyyət göstərir. Bura müştərilər həm özləri ilə qız gətirə bilərlər, həm də oteldə müştərilərə təklif olunası qızlar var. Gəlib kənardan müşahidə aparsanız görərsiniz ki, “Cahargah” heç də mədəni yer deyil. Yəni mən inanmıram ki, kimsə öz ailəsi ilə gəlib belə bir yerdə istirahət etmək fikrinə düşsün. Ona görə ki, otelə gələnlərin əksəriyyətini yüngül həyat tərzi keçirən qadınlar təşkil edir. Müştərilər onlarla bir neçə saat əylənib pullarını ödəyib çıxıb gedirlər. Mədəniyyət və Turizm Nazirliyinin işçiləri lisenziya verəndən sonra bir dəfə də olsa “Cahargah”ın fəaliyyətini yoxlamayıblar. Ümumiyyətlə, bu obyekt nazirliyin otel, mehmanxana standartları üçün tətbiq etdiyi qaydalara cavab vermir. Görünür, otelin sahibi olan həkim nazir Əbülfəs Qarayevə hansısa vasitə ilə yol tapıb və xüsusi razılıq sənədini alıb. Qəribədir ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları oteldə reyd keçirmirlər.

Bu səbəbdən “Cahargah” müştərilər arasında “təhlükəsiz obyekt” kimi tanınır. Əgər polis əməkdaşları əxlaqsız işlərin cərəyan etdiyi “rahatxana”nı bir neçə dəfə vursalar, müştərilərin də gözü qorxar”. “Cahargah”da otaqların qiymətinə gəlincə mənbəmiz bildirdi ki, oteldə ən ucuz otağın 3 saatı 50 manatdan başlayır: “Bu otaqlar sadə tiplidir. Daha lüks otaqların qiyməti bir sutkalıq 120, yarım günlük üçün isə 60 manatdır. Qadir adlı şəxs demək olar ki, müvafiq qanunların heç birinə məhəl qoymur. O priton saxlamaqla yanaşı, həm də əmək qanunvericiliyinin tələblərinə zidd hərəkət edir. Belə ki, oteldə çalışan ofisiant, aşpaz və xadimələrin heç birinin əmək müqaviləsi yoxdur. Nə də ki, bu işçilərə görə dövlətə sosial sığorta haqqı ödənilir. Hələ bu harasıdır ki. “Cahargah”ın aylıq gəliri külli miqdarda olsa da, obyekt rəhbərliyi dövlətə tətbiq olunan şəkildə vergi ödəmir. Qadir adlı şəxs müxtəlif yollara baş vurmaqla vergidən yayınmağı bacarır. Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Əksər hallarda otelin müştəriləri arasında dava düşür. Spirtli içkidən təsirlənən şəxslər bir-birlərinin ünvanına ağır söyüşlər söyürlər. Bu günlərdə otelin qarşısında güclü dava düşdü və ərazidən keçən polis əməkdaşının çənəsini vurub sındırdılar. Bir sözlə, “Cahargah” həm iyrənc işlərin cərəyan etdiyi yuva, həm də “razborka”ların məkanıdır. Onu da deyirlər ki, bu obyektdə tez-tez kriminal aləmlə bağlılığı olan şəxslərin yığıncağı təşkil olunur”. İnanmaq istərdik ki, Xəzər Rayon Polis İdarəsinin və DİN-in əməkdaşları pis işlərin baş verdiyi oteldə reyd keçirib buranın fəaliyyətinə qadağa qoyacaqlar. Növbəti saylarımızda “Cahargah” otelinin sahibi olan həkimlə bağlı ilginc faktları açıqlayacağıq. Bizi izləyin.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın