Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu

Bu gün Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sentyabrın 23-də nazir Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib.

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr verən məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …