Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb

Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

O, hazırda C.Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında olduğunu deyib.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. O, həmin vaxtdan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı.

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın