Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Cəlilabadda yol polisi hamilə qadını xilas etdi

Cəlilabadda yol polisi hamilə qadını xilas etdi

Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib. 
Hadisə Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol patrul xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış “VAZ 2106” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən Yol patrul xidmətinin əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.
Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …