Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Cəfər Cabbarlının həyatı haqqında filmin çəkilişləri başladı

Cəfər Cabbarlının həyatı haqqında filmin çəkilişləri başladı

Dahi dramaturq Cəfər Cabbarlının həyatı və fəaliyyəti haqqında filmin çəkilişləri başlayıb.

Belə ki, “ARB Aranfilm” yaradıcı mərkəzi tərəfindən çəkilən filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Demokratik Respublikasında ədəbi və siyasi proseslərdə aktiv iştirakı haqqında söhbət edilir.

Filmin rejissoru – Babək Abbaszadə, operator – Rafiq Əliyev, məsləhətçi-prodüser – Asif Rüstəmli, icraçı prodüser – Nicat Məmmədov, bəddi rəhbər – Tahir Tahiroviç, prodüser – İqbal Məmmədəliyevdir.

C.Cabbarlı rolunda isə aktyor Şəmistan Süleymanlı iştirak edəcək.

Qeyd edək ki, filmin təqdimatı dramaturqun 120 illik yubileyi ərəfəsində baş tutacaqdır.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …