Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Bütün davaların səbəbkarı qadınlardır…” – Murad Dadaşov

“Bütün davaların səbəbkarı qadınlardır…” – Murad Dadaşov

“Şouda sadə insan iştirak etməyib. Nadir insanlar olub ki, heç nə etməmiş gedib.  Bu dəfə “Maşın”da fərqli insanlar olacaq. Tamaşaçıları şoka salacaq iştirakçılar var”.

Qafqazinfo  xəbər verir ki, bu sözləri “Maşın şou”nun aparıcısı Murad Dadaşov deyib. Teleaparıcı jurnalistlərlə görüşü zamanı bildirib ki, şouda bütün davaların səbəbkarı qadınlardır:

“Bütün qalmaqalların, davaların səbəbkarları qadınlardır. Düşündük ki, kişilər arasında yaşanan münaqişələr də qadınlara görədir. “Maşın” haqqında gəzən söz-söhbətlər çox olur. Hamı səviyyədən danışır.

Televiziyanın informasiya, maarifləndirmə və əyləncədən ibarət 3 prinsipi var. “Maşın” sırf əyləncəli bir verilişdir. İştirakçıların hamısı kifayət qədər tərbiyəsi olan şəxslərdir. Onların bəzən efirdə mikrofonları söndürülür. Söyüş söymürlər, sadəcə olaraq anlaşılmazlığı efirdə vermək istəmirik”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …