Ana səhifə / Cəmiyyət / Buraxılış imtahanında abituriyentlərə səhv suallar təqdim olunub? – Video

Buraxılış imtahanında abituriyentlərə səhv suallar təqdim olunub? – Video

Ötən gün keçirilən buraxılış imtahanında bəzi fənlərdən abituriyentlərə səhv suallar təqdim olunub. Bu iddia ilə həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi təhsil ekspertləri çıxış ediblər.

Təhsil eksperti Adil Vəliyev iddia edir ki, bazar günü XI siniflər üçün keçirilən buraxılış imtahanında abituriyentlərə Azərbaycan dili və riyaziyyat fənnindən səhv suallar təqdim olunub.

Onun sözlərinə görə, hər iki fəndən təqdim olunan sualların qoyuluşu bəzi abituriyentlərin vaxt itkisi ilə qarşılaşmasına da səbəb olub:
“Builki buraxılış imtahanında abituriyentlərə təqdim olunan sualların çətinlik səviyyəsi onu deməyə əsas verirdi ki, sanki bu imtahanlar abituriyentlər üçün yox, repetitorlar üçün keçirilirdi”.

Məsələyə Dövlət İmtahan Mərzindən də müsanibət bildirilib. DİM-in departament müdiri Natiq Əliyev qeyd edib ki, buraxılış imtahanında riyaziyyat və Azərbaycan dili fənni ilə bağlı təqdim olunan sualların səhv və çətin olması ilə bağlı yayılan iddialar əsassızdır.

Natiq Əliyev onu da bildirdi ki, keçirilən imtahanın nəticəsi elan olunduqdan sonra statistik rəqəmlər bu imtahanda təqdim olunan sualların nə qədər çətin və ya asan olduğunu göstərəcək. 

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …