Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bulvardakı parovoz biznesi hansı generalın oğlunundur?!

Bulvardakı parovoz biznesi hansı generalın oğlunundur?!

“Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur”.

Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akir Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.

R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğlu Ruslan Çovdarova məxsusdur.

Qeyd edək ki, virtualaz.org saytı bu haqda hələ bir həftə əvvəl məlumat (http://virtualaz.org/last/58246) vermişdi. “MTN generalları hətta oyuncaqlardan da pul çıxardırmış” başlıqlı məqalədə deyilirdi ki, Eldar Mahmudov və adamları hətta Bakı bulvarındakı gəzinti parovozlarını da öz əlinə keçirib.

“Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz “qəpik-quruş töhfəsi”ni veririmiş”– deyə həmin məqalədə bildirilirdi.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın