Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bu, vandalizmdir? – Bakı küçələrini “bəzəyənlər…”

Bu, vandalizmdir? – Bakı küçələrini “bəzəyənlər…”

Qraffiti divarlara çəkilən şəkillər və ya yazılar yolu ilə özünü ifadə etmə yollarından biri hesab olunur. Bu gün özlərinə küçə rəssamı deyən və qraffiti ilə məşğul olan insanlar bunu sənət adlandırsa da, bir çox insan tərəfindən vandalizm olaraq dəyərləndilir.

Dünyanın bir çox yerində olduğu kimi ölkəmizdə də bu axına rast gəlmək olur. Bunun üçün sprey boyalar və fırçalar istifadə edilir. 

Son bir neçə gündür tanınmış tatu ustası Kamil Qurbanovun şəhərin müxtəlif yerlərində qraffiti ilə məşğul olması və bunu sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmayıb. Bəs görəsən, qraffiti ilə məşğul olmaq hansı hallarda hüquqi məsuliyyət yaradır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış vəkil Əsabəli Mustafayev şəhər mərkəzində qraffiti ilə məşğul olmağın istənilən halda hüquqi məsulliyyət yaratdığını bildirib:

“Burada əsas məsələ yazıların harada yazılması və hansı mövzuda olmasıdır. Əgər şəxsin öz təşəbbüsü ilə, nəzərdə tutulmamış yerlərdə, icazəsiz, yazılar yazılırsa, bu, hüquqi məsuliyyət yaradır. Əgər kiminsə evinin üzərində nəsə yazılırsa, yazılar qıcıq yaratmayan, təhqiredici məzmun daşımırsa və binanın da sahibi bunu qəbul edirsə, həmin şəxsə cəza verilməyə bilər. 

Lakin şəhərin mərkəzində müxtəlif yerlərin yazılması məsuliyyət yaradır. Ola bilər ki, həmin şəxsin üstünü yazdığı zibil qutuları dövlətin deyil, hər hansı özəl şirkətin əmlakı olsun, amma onlar dövlət tərəfindən mühafizə olunan mülkiyyətdir. Əgər həmin şəxslərin istəkləri əleyhinə, razılığı olmadan mülkiyyətin üzərinə nəsə yazılırsa, bu, qanun pozuntusudur. Özgə əmlakına zərər verilməsinə görə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində də məsuliyyət nəzərdə tutulub. Əgər yazılarda təhqiredici məzmun olarsa, bu artıq xuliqanlıq kimi qiymətləndirilib həmin şəxs məsuliyyətə cəlb edilir. Hətta təhqiredici məzmun olmasa belə, yazılar şəhərin görünüşünün korlanmasına görə xuliqanlıq kimi qiymətləndirilə bilər. İstənilən halda bu, məsuliyyət yaradır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev qrafiti ilə məşğul olan insanlar bu istedadlarını divarlar üzərində nümayiş etdirməli deyil: “Bu istedad o zaman faydalı ola bilər ki, kağız və ya kətan üzərində ifadə edilsin. Müşahidə olunur ki, bəzi şəxslər bunu qəsdən etməklə şəhərin estetik görüntüsünə xələl gətirirlər. Anlamaq olmur ki, axı, bu nə istedaddır ki, lüzumsuz məzmunlu, yaxud qeyri-etik ifadələr yazmağa, şəkillər çəkməyə maraqlı olurlar?!

Bununla bağlı, əsasən paytaxtda rayon icra hakimiyyətinin tabeli qurumları ilə birgə polis tərəfindən tədbirlər icra olunur. Məqsəd müşahidə olunun bu kimi neqativ halların qarşısını almaqdır. Əgər hər hansı bir ictimai yerdə belə neqativ hal varsa, əməlinin tərkibindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.

İnzibati Xətalar Məcəlləsində xırda xuliqanlıq, digər halda isə qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olsa Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət tərkibi yarada bilər”.
 

https://player.bax.tv/embed/154867.html

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …