Bu yaxınlarda aktualxeber.az saytında “Elsevər Ağayev “Nestle”yə
havadarlıq edir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd etmişdik
ki, “Nestle” firmasının süni qidaları uşaqlar üçün arzuolunmaz sayılır.
Çünki bu süni uşaq yeməklərinin tərkibində genetik modifikasiya olunmuş
komponentlər, soya yağı var və bunlar təhlükəlidir. Sadaladığımız mənfi
fikirlərə rəğmən bu firmanın məhsulları bazarda yenə də satılmaqdadır.
Eyni
zamanda “Nestle” firmasının Azərbaycanda yerləşən nümayəndəliyində də
çoxlu maxinasiyalar həyata keçirilir. Belə ki, aktualxeber.az-a daxil
olan məlumata görə firmanın regional meneceri olan Dilarə adlı xanım
buranı bir ailə şirkətinə çeviribdir. Həyat yoldaşı Elmar firmaya məxsus
avtomobili şəxsi məqsədləri üçün istifadə edir. Həmin avtomobili biz
hər gün onun işlədiyi Bakı Sağlamlıq Mərkəzinin qarşısında duran
görürürk. Dilarə xanım özü isə Nataşa adlı köməkçisinin şəxsi maşınında
gəzir. Onun uşaqlarına da sürücülük edən köməkçisinə regional menecer
olan xanım borclu qalmır. Onu ezamiyyətlərə yoxlama adıyla göndərərək
birlikdə pullar mənimsəyirlər. Bundan əlavə Dilarə xanım B.Ə.Eyvazov
adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun
əməkdaşı olan Emma adlı baldızını da qeyri-qanuni olaraq işə götürərək
ayda 800-900 manat maaş verir. Əslində firmada pediatrlar işləməli və
mühazirə oxumalıdır. Dilarə xanım yaxın ətrafına deyir ki, “mənim həyat
yoldaşım Elmar səhiyyə nazirinin müavini Elsevər Ağayevin tələbə
yoldaşıdı və arxamızda da o dayanır”. Səhiyyə sistemində bizim firmaya
nazir müavini tərəfindən yaşıl işıq yandırılıb və buna görə də ona aylıq
haqq ödəyirik. Onun dedikləri hələ ki, Elsevər Ağayev tərəfindən təkzib
olunmayıbdır.
Aktualxeber.az-a
yeni daxil olan məlumata görə Dilarə xanım daha bir qanunsuzluğa imza
atıbdır. Belə ki, Lənkəran Uşaq Poliklinikasının sahə həkimi Təbiət
Süleymanova “Nestle” firmasının cənub regionu üzrə tibbi nümayəndəsi
təyin edilib. Bildiyimiz kimi “Nestle” firmasında iş saatı 9:00-dan
18:00-a kimidir. Həmin saatlarda həmin həkimin də iş vaxtıdır və deməli
bu adam eyni zamanda iki yerde ola bilməz. Təsəvvür edin ki, Salyanda
üzü cənuba bütün rayonlardakı tədbirlərdə və ezamiyyətlərdə bu həkimin
adı gedir. Bu yolla onun adına pullar yazılaraq silinir və mənimsənilir.
Buradan belə bir nəticəyə gəlirik ki, həmin həkim ya poliklinakada işdə
olmur, ya da “Nestle” firmasında… Bu da özlüyündə böyük bir
qanunsuzluqların olmasından xəbər verir.
Qeyd
edək ki, “Nestle” firmasının Azərbaycanda yerləşən nümayəndəliyində baş
verən maxinasiya və yeyintilərdən Moskvada yerləşən baş ofisin xəbəri
yoxdu. Əgər onların burda baş verənlərdən xəbəri olsaydı çoxdan regional
meneceri işdən kənarlaşdırmışdılar.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Həmçinin oxuyun
Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib
Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …