Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bu rəisin vəzifəsi kiçildildi

Bu rəisin vəzifəsi kiçildildi

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

O, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

M.Məmmədov daha aşağı vəzifəyə – Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …