Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bu qurumun rəhbəri son 3 ildə 3 dəfə dəyişib

Bu qurumun rəhbəri son 3 ildə 3 dəfə dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” yarandığı 3 il müddətində 3 rəhbər dəyişib. 

“Yüksək Texnologiyalar Parkı” Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Parkın ilk direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev olub. 2018-ci ilin avqustunda Vüqar Babayev tutduğu vəzifədən azad edilib. 

“Yüksək Texnologiyalar Parkı”nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub. Sentyabr ayında isə Nazim Şükürov onu əvəzləyib. 

2019-cu ilin avqustunda Nazim Şükürov postunu Samir Məmmədova təhvil verib. 50 yaşlı Samir Məmmədov isə dünən AMEA-nın prezidenti Ramiz Mehdiyevin qərarı ilə 65 yaşlı Elton Məmmədovla əvəzlənib. Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Yenisabah.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …