Ana səhifə / Cəmiyyət / Bu, Prezidentin milli-mənəvi dəyərlərimizə göstərdiyi hörmətin təzahürüdür

Bu, Prezidentin milli-mənəvi dəyərlərimizə göstərdiyi hörmətin təzahürüdür

“Prezident İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak etdi. Xüsusi olaraq müqəddəs Ramazan ayında Qarabağın fatehi İlham Əliyev cənablarının İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışını etməsi bütün ölkə müsəlmanları üçün çox böyük sevinc müjdəsidir”. 

Bunu Publika.az-a Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun Qurani-Kərimin nazil olduğu müqəddəs Ramazan ayının ilk günlərində açılışının olması dövlət başçısının milli, mənəvi, dini dəyərlərimizə göstərdiyi sevgi və hörmətin bir daha təzahürü kimi qiymətləndirilməlidir: “2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqda bildirmişdim ki, bununla ölkənin dini mühitinə yeni nəfəs gələcək və milli, mənəvi dəyərləri, dinin prinsiplərini və gətirdiyi qaydaları daha çox insanlara aşılamağa haqqı olan milli məfkurə sahiblərinin yetişməsinin şahidi olacağıq. Bu gün artıq Azərbaycan İlahiyyat İnstitutu böyüməkdədir və birbaşa dövlət başçısının göstərdiyi qayğı nəticəsində artıq İnstitutun yeni inzibati binasının açılışı oldu. Bunun xüsusi olaraq özəl tərəfi də var ki, məhz Ramazan ayında dünyəvi ölkə olan Azərbaycanda İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışı birbaşa ölkədə milli, mənəvi, dini dəyərlərimizin həqiqi təəssübkeşinin ölkə Prezidenti İlham Əliyev cənablarının olduğunun bütün dünyaya əyani təsdiqidir”.

Seyid Camal Əzimbəyli qeyd edib ki, İlahiyyat İnstitutu Azərbaycan dövlətçiliyinə xidmət göstərən, ölkəmizin milli mənafeyini düşünən, xüsusi olaraq inanclı insanlar üçün əhəmiyyətə malik olacaq: “Azərbaycan əhalisinin böyük əksəriyyəti inanclı insanlardır. Bu da çox böyük sevincdir və Allahın nəzəri onların üzərində olacaq. Bu baxımdan İlahiyyat İnstitutunun yeni binasının istifadəyə verilməsi Allahın rizasını qazanacaq bir davranışdır. Buna görə də təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından ölkə başçısına təşəkkür edirəm. Ramazanda yeni açılışı olan Azərbaycan İlahiyyat İnstitutunun həqiqətən də elmi, mənəvi bazasının getdikcə daha da təkmilləşməsinin və böyüməsinin şahidi olacağıq. Belə olduqda ölkəmizin dini mühitində mövcud olan boşluqların doldurulmasının da şahidi olacağıq. Bu, böyük uğurdur və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …