Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Bu olmasa, cəhalət içində boğulub gedəcəyik” – Xeyrəddin Qoca

“Bu olmasa, cəhalət içində boğulub gedəcəyik” – Xeyrəddin Qoca

“Bu cür düşünənlər çox  böyük səhv edirlər. Üç qızım var.  Mən bütün həyatımı onlara sərf etmişəm. Onların bütün qayğıları mənimlə bağlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib.

O, oğlan uşağına üstünlük verərək daha çox qızların abort edilməsinə münasibət bildirib:

“Övlad övladdır. Bunu düşünən insanlar çox böyük səhvə yol verirlər. Qız ailənin, həyatın, dünyanın yaraşığıdır. Qız namus, qeyrət, ailə başçısıdır.

Oğlan övladının yaxşı olduğunu düşünüb, qızın pis olduğu qənaətinə gələnlərə daxilən hörmət etmirəm. Qız həm də anadır. Ana olmasa,   insanlar necə arta bilər?! O cür düşünənləri ana dünyaya gətirməyib?!

Beyinlərdə belə mənasız, məzmunsuz fikirlərə yer ayırmaq olmaz. Belə düşünənlər çox geridəqalmış, savadsız, cəhalət içində olan adamlardır.

Bu mənada cəmiyyətin fikirlərini müsbət yöndə dəyişmək üçün cəmiyyəti savadlandırmalıyıq. Cəmiyyətimiz çox savadsızdır. Bu cəmiyyət heç vaxt düzəlmir, əksinə, savadsızlaşaraq geri addımlayır.

Savad deyəndə dünyagörüşü nəzərdə tuturam. Bu olmasa, cəhalət içində boğulub gedəcəyik. Heç bir yenilik də olmayacaq”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …