Ana səhifə / Cəmiyyət / Bu oğlan Bakı küçələrində rəqs edir – Video

Bu oğlan Bakı küçələrində rəqs edir – Video

25 yaşlı Orxan Mirzəyevin Bakı küçələrində rəqs edərkən çəkdiyi videolar sosial şəbəkədə maraqla qarşılanıb. Dayanacaqlarda, mərkəzi küçələrdə rəqs edən Orxana yerli sakinlər də qoşulub və nəticədə pozitiv görüntü yaranıb. 

O. Mirzəyev “Qafqazinfo”ya bildirib ki, gördüyü işdə elə əsas məqsədi də bundan ibarətdir:

“Özüm səsləndirmə işi ilə məşğulam, rəqs isə sadəcə hobbimdir. Çəkdiyim videolar əyləncə xarakteri daşıyır. Məqsədim insanlara pozitiv enerji ötürmək, Azərbaycanda da küçə rəqsinin var olduğunu bildirməkdir. İnsanların arasında rəqs etdiyim videoda pozitiv reaksiyalar daha çox idi, polislər də kənardan gülümsəyirdilər.  

www.landrover-azerbaijan.comDaha ətraflı

Amma təəssüflə qeyd edim ki, məşhur səhifələrdə videolarıma xeyli neqativ rəylər yazılır. Səbəb kimi də Qarabağ məsələsini göstərirlər. Sanki hamı il boyu matəm saxlayır. Soruşsam, ilk dəfə hansı rayonumuz işğal olunub heç bilməyəcəklər. İnsan hər vəziyyətdə pozitiv olmağı bacarmalıdır”.

Günel Hacı

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …