Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bu müddətdə evə gəlməsəniz ölmüş elan edilə bilərsiniz – Qanundan çıxarış

Bu müddətdə evə gəlməsəniz ölmüş elan edilə bilərsiniz – Qanundan çıxarış

Bu dəfə təqdim edilən mövzu şəxsin ölmüş elan edilməsi ilə bağlıdır. Qeyd etdiyimiz məsələ Cinayət Məcəlləsinin 41-ci maddəsində öz əksini tapıb. 

Fiziki şəxs nə vaxt ölmüş elan edilə bilər?

Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Sual: Bəs itkin düşmüş hərbçilər hansı müddətdə ölmüş hesab edilə bilər?

Cavab: Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Ölmüş elan edilən şəxs sağ tapıldıqda hansı hallar nəzərdə tutula bilər?

Cinayət Məcəlləsinin 42-ci maddəsində bu suala da aydınlıq gətirilir.Qanuna görə,ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
Femida.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …