Ana səhifə / Cəmiyyət / “Bu məsələyə cavabdehlik daşıyan səlahiyyətli şəxslər niyə senari ilə tanış olmayıblar?”

“Bu məsələyə cavabdehlik daşıyan səlahiyyətli şəxslər niyə senari ilə tanış olmayıblar?”

“Filmin çəkilişinin bir çox hissəsi Bakıda həyata keçirilib. Bəs bu məsələyə cavabdehlik daşıyan dövlət orqanları və səlahiyyətli şəxslər niyə senari ilə tanış olmayıblar?”

Bunu Moderator.az -a tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Rüstəm İbrahimbəyovun həmmüəllifi olduğu “Qafqaz üçlüyü” filmi barədə fikirlərini bildirərkən deyib.

O bildirib ki, filimdə qəsdən heç bir erməni soyadı yazılmayıb, baxmayaraq ki, bütün senari ermənilərin sifarişi və maddi yardımı ilə ərsəyə gəlib:

“Senari müəllifləri bədnam R.İbrahimbəyov və ondan da təhlükəli olan şovinist E.Şengeliyanın çəkdikləri bir saat iyirmi dəqiqə davam edən “Qafqaz üçlüyü” filminə baxdım. Sizinlə öz təəssüratlarımı bölüşmək istəyirəm.

Filmin əsas qayəsi hakimiyyət hərisliyi ilə alışıb-yanan, Milli Şuranın üçlüklərindən biri olan Rüstəmçikin Azərbaycan xalqına və dövlətinə olan şəxsi nifrətinin bədii təcəssümündən ibarətdir. Çünki filmdəki Fərhad obrazı onun prototipidir. Adamcığazın hakimiyyət hərisliyi onun gözlərini o qədər kor edib ki, bütün milli dəyərləri ayaq altına atıb.

Kinonun başlanğıcında dənizə atılan uşaqlar göstərilir və hamı qayalıqdan dənizə tullansa da, Fərhad tullanmır. Müəllif rəmzi olaraq siyasi səhnəyə gec tullanmağına işarə edir və sonda tullanmaqla demək istəyir ki, gec də olsa Milli Şura vasitəsi ilə arzusuna çata bilər. Film atası E.Ağasyan olan bir erməninin Bakıda qalan və azərbaycanlı soyadını daşıyan artist Timurun (nədənsə Teymur yox-?) Moskvada “Modern” teatrının səhnəsində oynayacağı Paspurin obrazının canlandırılması ilə davam edir. Timur erməni soyadını geri qaytarmaq üçün Bakıya qayıdır və bütün məsələlər də bundan sonra başlayır.
Ümumiyyətlə filmin senarisində Azərbaycan xalqını, onun dövlətini və hakimiyyətini aşağılayan siyasi və mənəvi məsələləri diqqətinizə çatdırmaq istəyirəm:

1. Filmin başlanğıcında göstərilən xəritədə işğal olunmuş ərazilər ayrı rəngdə göstərilməklə həmin ərazilərin Azərbaycanın olmaması anlamına gəlir. Ermənilər işğalçı kimi yox, az qala azadlıq carçıları kimi qələmə verilirlər;

2. R.İbrahimbəyov filmdə öz tamaşasının adını “İlgək” (“Petlya”) adlandırır və siyasi mənada ölkəmizin boynuna atdığı ilgəyi gündəmə gətirir. Senari müəllifi olmasına baxmayaraq tamaşanın müəllifi kimi də öz soyadını göstərir və filmdə epizodik də olsa rola çəkilib;

3. E.Ağayansın hansı nazirin zəngi ilə sərhəddən pasportuna möhür vurulmadan keçirilməsi və bunun bilərəkdən olunması ideyası siyasi cəhətdən çox təhlükəlidir. Adam Azərbaycanın təhlükəsizlik orqanlarının işinə gölgə salmaqla bərabər, onları siyasi sifarişin icraçıları qismində təqdim edir ki, bu da çox təhlükəli tendesiyalardan xəbər verir;

4. Uşaqların başqa millətlərə nifrət ruhunda böyüdülməsi ermənilərə xas olan bir əlamət olmasına baxmayaraq, milli yeniyetmələrin ermənilərə nifrət etdiyini təlqin etməklə, Azərbaycan dövlətinin multikultural dəyərlərini heçə endirməyə çalışır. Həmçinin azərbaycanlılar tərəfindən gürcü Mikanın öldürülməsi səhnəsi də qəsdən senariyə salınıb. Məqsəd bizi qaniçən və vəhşi kimi, erməniləri isə mədəni və təhsilli kimi təqdim etməkdir. Hava limanıda ermənini otağa dəvət edib döyən azərbaycanlı obrazı və bu barədə susmağı istəyən erməni obrazı da buna xidmət edir;

5. Fərhadın işdən çıxarılması üçün erməninin sərhəddən möhürsüz keçirilməsi və əvəzində onun istefasının qoyulması məsələsi isə milli dövlətçiliyə böyük xəyanətdir. Bütünlüklə film bu tip səhnələrlə boldur.

Filmdə Rüstəm və Fuad İbrahimbəyovlardan başqa daha iki azərbaycanlı soyadı var: Fatma İbrahimbəyova və Hidayət Hüseynov. Qəsdən heç bir erməni soyadı yazılmayıb, baxmayaraq ki, bütün senari ermənilərin sifarişi və maddi yardımı ilə ərsəyə gəlib. Filmin çəkilişinin bir çox hissəsi Bakıda həyata keçirilib. Bəs bu məsələyə cavabdehlik daşıyan dövlət orqanları və səlahiyyətli şəxslər niyə senari ilə tanış olmayıblar? Kütləvi səhnələrdə iştirak edənlərin milli qürurları harada qalıb? Niyə biz iki ildən sonra bu məsələlərdən xəbər tuturuq? Millət üçün “göz yaşlarını” axıdan Milli Şura niyə susur? Niyə müxalifət partiyaları və qeyri-hökumət təşkilatları bəyanatlar vermir???
Suallar çox, cavabları isə hələ ki yoxdur.”

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …