Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Bu izdiham üçün oğru, din xadimi və meyxanaçı mənəviyyatı təmsil edir”

“Bu izdiham üçün oğru, din xadimi və meyxanaçı mənəviyyatı təmsil edir”

“Son otuz ildə “qanuni oğru”ları, din xadimlərini və meyxanaçıları o biri dünyaya yola salan eyni izdihamdır”.

Bunu şair Aqşin Yenisey sosial şəbəkədə yazıb.

O, bildirib ki,  mədəniyyətin ölüsünə yaxın gedən yoxdur. Çünki bu izdiham üçün oğru, din xadimi və meyxanaçı mənəviyyatı təmsil edirlər: “Baxmayaraq ki, hər üçü bir-birinə zidd düşüncənin nümayəndələridir. 

Oğurluğu kitabında haram buyurduğu üçün din xadimi “qanuni oğru”nun, əyləncəyə (mütrifliyə) xidmət etdiyi üçün də meyxanaçı din xadiminin ziddidir. 

Amma izdiham bu üç ziddiyyətdən özü üçün mütəşəkkil bir mənəviyyat, bir həqiqət yaradıb. 

Və mədəniyyətin cəsədini soyunduraraq öz mənəviyyatının əyninə geyindirib. Din xadimini alimə oxşadıb, meyxanaçını şairə. “Qanuni oğru”lara isə təhlükəsizlik orqanlarının mülki geyimlərini paylayıb. 

Beləliklə, son otuz ildə Azərbaycanda mədəniyyətin alternativi yaranıb”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …