Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bu gündən qeyri-ərzaq mağazaları açılır

Bu gündən qeyri-ərzaq mağazaları açılır

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri və əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla) 2020-ci ilin avqustun 10-u saat 00.00-dan fəaliyyət göstərə bilər.
İri ticarət mərkəzlərinin fəaliyyəti isə bərpa olunmayacaq.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …