Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq.

Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib.

Osmanqazi bələdiyyəsindən bildirilib ki, rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. Bu gün parkın açılışı geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləcək.

Xatırladaq ki, general-mayor Polad Həşimov Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …